METBUAT.AZ

Sosial

Taksilərlə bağlı yeni qiymətləri artıracaq?

10 May 2024 16:42

“Hazırda avtomobil parkında taksi fəaliyyəti üçün kifayət qədər taksi var. Əgər tələb varsa, təklif də az ola bilməz. Düşünürəm ki, bahalaşma riski real görünmür”.

Bu fikirləri Metbuat.az-a nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. O hesab edir ki, qiymətin yüksəlməsinə səbəbkar bəzi işbazlardır:

“Onlar taksilərin azalması xəbərini bəhanə edərək, qiymətləri qaldırmağa çalışacaq. Amma tələb və təklif gəldikdə ciddi bahalaşmanın olması inandırıcı deyil. Qeyd edim ki, tələb və təkliflərin qarşılıqlı təmasında bahalaşma olacağı real görünmür. Bu gün Azərbaycanda kifayət qədər gözləmə mövqeyində pıam avtomobil parkı var. Ola bilsin ki, taksi sahəsində sərnişindaşıma fəaliyyətinə görə yeni xidmətlər də yaransın”.

Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.

Məlumata görə, taksi sahəsində sərnişindaşımaların optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.