METBUAT.AZ

Hadisə

Tanınmış aktyor qardaşların alim atası vəfat etdi -

28 May 2024 09:22

Tanınmış alim, memarlıq üzrə fəlsəfə doktoru Şənər Rzayev vəfat edib.

Metbuat.az İqtisadiyyat.az-a istinadən bildirir ki, bu mərhumun ailəsindən məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Şənər Niyazi oğlu Rzayev 1952-ci ildə anadan olub. O, Azərbaycan Memarlar İttifaqının üzvü idi.

Tanınmış alim həmçinin aktyor və ssenarist Fərid və Orxan Rzayev qardaşlarının atasıdır.


metbuat.az.