METBUAT.AZ

İdman

Tarixi klub loqosunu dəyişdi

1 İyun 2024 03:20

İngiltərənin "Aston Villa" klubu yaranmasının 150 illik yubileyi münasibəti ilə loqosunu dəyişib.

Metbuat.az xəbər verir ki, Birminqem təmsilçisi loqonu əvvəlki vəziyyətinə qaytararaq dairəvi gerbdən imtina edib.

Qeyd edək ki, 1874-cü ildə yaradılan "Aston Villa" klubu cari mövsümü Premyer Liqada 68 xalla 4-cü sırada bitirib.


metbuat.az.