14 May 2024 10:56
İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Ambik Sasunyan polis tərəfindən saxlanılıb.
Metbuat.az “Sputnik-Armenia”ya istinadən bildirir ki, onun hara aparıldığı barədə məlumat yoxdur.
Qeyd edək ki, Ambik Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətliə görə ömürlük azadlıqdan məhrum edilib. 2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb. Üç il davam edən müzakirələr nəticəsində sözü gedən qərar 2019-cu ilin dekabrında icra olunub.