METBUAT.AZ

İdman

Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul etdi

8 May 2024 08:25

Türkiyə Futbol Federasiyası “Qalatasaray” - “Fənərbağça” görüşü ilə bağlı qərar qəbul edib.

Metbuat.az-ın məlumatına görə, federasiya derbidə qonaq komandanın cəmi 2500 azarkeşinin oyunu stadiondan izləməsinə icazə verəcək. Türkiyə polisi derbidən öncə təhlükəsizliyi artırmaq üçün iki gün əvvəldən hərəkətə keçəcək.

Qeyd edək ki, “Qalatasaray” - “Fənərbağça” görüşü mayın 19-da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


metbuat.az.