28 May 2024 12:48
Türkiyənin Müdafiə Nazirliyi Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"İki bədəndə bir can; Türkiyə-Azərbaycan! Azərbaycanlı qardaşlarımızın 28 May - Müstəqillik Gününüz mübarək. Biz bundan sonra da “Bir millət, iki dövlət” anlayışı ilə birliyimizi davam etdirəcəyik", - deyə paylaşımda qeyd olunub.