METBUAT.AZ

Dünya

Türkiyədə ağır yol qəzası -

27 May 2024 08:53

Türkiyənin Mərsin şəhərində ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Məlumata görə, hadisəyə səbəb Tarsus rayonu, Yenice qovşağı ərazisində magistral yolda 2 minik avtomobili və 1 yük maşınının toqquşması olub.

Hadisə nəticəsində 10 nəfər ölüb, 39 nəfər isə yaralanıb.


metbuat.az.