METBUAT.AZ

İqtisadiyyat

Türkiyədə artan inflasiya Azərbaycanda hansı sahələrə təsir edə bilər? -

6 May 2024 14:26

“Türkiyədə artan inflyasiya dollar nisbətində artır.Dollar bahalaşdıqca, Türkiyədə inflyasiyada artır.Qiymət artımı baş verir. Çünki, dollar indeksləşmiş qiymət siyasəti yürüdülür. Azərbaycan isə Türkiyədən məhsulları dollarla alır. Yəni, Türkiyədə olan inflyasiyanın Azərbaycana heç bir təsiri yoxdur”.

Bu sözləri Metbuat.az-a açıqlmasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, Azərbaycanda manat və dollar sabit olduğuna görə, Türkiyədəki qiymət dəyişikliklərinin bizə təsirləri bu nöqteyi nəzərdən minumumdur.

“Sadəcə Türkiyədən mal gətirənlər bu haldan istifadə edirlər ki, qiymətlər yüksəkdir. Lirə ilə qiymət artıb. Ona görə də Azərbaycan daxilində də türk mallarını daha baha qiymətə satmağa çalışırlar. Amma əslində valyuta məzənnəsi ilə götürsək, Türkiyədə inflyasiya yüksəldikcə, Azərbaycan alıcıları üçün qiymətdə bir dəyişiklik olmur”.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.