24 May 2024 08:44
Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabadda 11 yaşlı Zəhra Niftiyevanı elektrik cərəyanı vuraraq öldürüb.
Metbuat.az xəbər verir ki, o, Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi olub.
Qeyd olunur ki, hadisə ötən gün 17:00 radələrində baş verib. Məktəbli ut yemək üçün ağaca çıxarkən onu elektrik cərəyanı vurub.