11 May 2024 03:15
UEFA Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı qolunun müəllifi açıqlanıb.
Metbuat.az xəbər verir ki, Almaniyanın “Bavariya” (Münhen) klubunun müdafiəçisi Alfonso Deyvisin yarımfinal mərhələsində İspaniya “Real”ı (Madrid) ilə cavab görüşündə vurduğu qol ən yaxşı seçilib.
Həmin matç "Kral klubu"nun qələbəsi ilə başa çatıb - 2:1.
Qeyd edək ki, "Real"nı finaldakı rəqibi Almaniyanın "Borussiya" (Dortmund) kollektivi olacaq.