18 May 2024 00:43
UEFA Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Demirspor”a 1 mövsümlük avrokubok qadağası qoyub.
Metbuat.az qurumun saytına istinadən xəbər verir ki, buna Adana təmsilçisinin 90 gündən çox gecikmiş və ödənməmiş borcları səbəb olub. Klub qarşıdakı üç mövsümdə (2024/25, 2025/26 və 2026/27) avrokuboklara vəsiqə qazanacağı təqdirdə, UEFA-nın klub yarışında iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Adana Demirspor” bundan öncə eyni səbəbdən transfer qadağası ilə də üzləşib.