METBUAT.AZ

İdman

VAR-la bağlı inqilabi yenilik -

30 May 2024 15:40

FİFA məşqçilərin VAR-ın epizodlara baxmasını tələb edəcəyi sistem üzərində işləyir.

Metbuat.az xəbər verir ki, məşqçilər yalnız qol epizodları, penaltilər və qırmızı vərəqələrin nəzərdən keçirilməsini tələb edə biləcəklər. Bildirilir ki,məşqçilər hər matçda iki dəfə VAR-a baxış keçirilməsi üçün tələb irəli sürə bilər. Məlumata görə, artıq yeni sistem sınaqdan keçirilib. FIFA Hakimlər Komitəsinin prezidenti Pierluici Kollinanın sözlərinə görə, ilk sınaqlar çox yaxşı keçib.


metbuat.az.