16 May 2024 08:25
İngiltərə Premyer Liqasında VAR sisteminin ləğvi ilə bağlı səsvermə keçiriləcək.
Metbuat.az xəbər verir ki, “Vulverhempton” klubu VAR-ın ləğv olunması ilə bağlı təklif irəli sürüb. “The Athletic” qəzetinin məlumatına görə, Premyer Liqa klubları gələn mövsümdən VAR-ın ləğv olunması ilə bağlı səs verəcəklər. Təklifin qəbul olunması üçün 20 klubdan 14-ü lehinə səsverməlidir.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında bu VAR-la bağlı ilk narazılıq deyil. Bundan əvvəl, İngiltərə klubu “Nottingem Forest” VAR-la bağlı Premyer Liqaya etiraz məktubu göndərmişdi.