METBUAT.AZ

Siyasət

"Vasitəçilər olmadan sülh müqaviləsi daha tez imzalana bilər" -

9 May 2024 14:08

“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişin olacağına ümidlər var”.

Bunu metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Deputat vurğulayıb ki, tam sülhə nail olmaq və onu qanuni şəkildə tənzimləmək üçün Qarabağın separatçı qurumlarının nümayəndəliyi ləğv olunmalı, konstitusiyada müvafiq dəyişikliklər edilməlidir:

“Paşinyan hakimiyyəti elan edib ki, köçkünlərə dəstək üç istiqamətdə həyata keçiriləcək: mənzil tikintisi, ev və ya mənzillərin alınması və köçkünlərə ödənilməmiş ipoteka kreditləri üçün dəstəyin göstərilməsi. Bundan başqa, son təxribatlara qoşulmamaq onlara tövsiyə edilib, əks halda, bu təzminatlar dayandırıla bilər. Ümumiyyətlə, hesab edirəm ki, sülh müqaviləsinin imzalanması vasitəçilərsiz daha tez baş verəcək”.

Hazırda sülh müqaviləsinin imzalanması istiqamətində ciddi işlərin getdiyini xatırladan Arzu Nağıyev onu da qeyd edib ki, bu proses COP29 ərəfəsində baş tuta reallaşa bilər.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.