METBUAT.AZ

Ölkə

Vəzifəli şəxs özünü güllələdi

29 May 2024 19:36

Ötən gün 39 yaşlı kişi ov silahı ilə ehtiyatsız davranaraq xəsarət alıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Şamaxının Nağaraxana kəndində qeydə alınıb. Belə ki, hadisə 1985-ci il təvəllüdlü Səyahət Əsgərovun evdə silahdan ehtiyatsız davranması zamanı baş verib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, S. Əsgərov rayonun Dəmirçi kəndinin icra nümayəndəsidir.


metbuat.az.