13 May 2024 11:22
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişib.
Metbuat.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən mayın 15-də Yardımlı Rayon Polis Şöbəsində keçirilməsi nəzərdə tutulan Yardımlı, Astara, Lerik, Masallı, Lənkəran şəhər və rayonlarının sakinlərinin qəbulu tarixi may ayının 31-nə dəyişdirilib.