METBUAT.AZ

İdman

Xabi məğlubiyyətin səbəbini açıqladı

23 May 2024 10:09

“Atalanta"nı təbrik etməliyik, onlar daha yaxşı idi. Biz öz oyunumuzu göstərə bilmədik.

Metbuat.az xəbər verir ki, bu sözləri "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso Avroliqanın finalında "Atalanta"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Mütəxəssis 51 matçlıq məğlubiyyətsizlik seriyalarının qırılması ilə bağlı söyləyib: "Bu gün qalib gəlmək üçün əla şansımız oldu və əlimizdən gələni etdik Amma işlər planlaşdırıldığı kimi getmədi. Ən yaxşı səviyyəmizi göstərmədik: hamı, o cümlədən mən. Məğlubiyyətə necə reaksiya verəcəyimiz çətin olacaq. Bundan müsbət mənada istifadə etməliyik. Əldə etdiyimiz seriya müstəsnadır və fəxr edəcəyimiz bir şey var. Bu məğlubiyyətdən dərs çıxaracağıq".


metbuat.az.