METBUAT.AZ

Siyasət

Xankəndi Şəhər Prokurorluğu yaradıldı -

4 May 2024 14:06

Xankəndi Şəhər Prokurorluğu yaradılıb.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabinetinə Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


metbuat.az.