17 May 2024 12:51
Xəzər dənizində suyun səviyyəsi düşüb. Bakı və Sumqayıtda suyun geri çəkilməsi aydın müşahidə edilir. Bu hal çimərliklərdə insanlar üçün hansısa təhlükə yarada bilərmi?
Mövzu ilə bağlı Metbuat.az-a danışan ekoloq Məhərrəm Mehdiyev bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması və geri çəkilməsinin müsbət və mənfi tərəfləri var:
"Müsbət tərəfi ondan ibarətdir ki, çimərliyin suyu istiləşəcək, bu, bir çox insan üçün müsbət haldır. Sahil zonası artacaq, batma riski isə azalacaq. Mənfi cəhətləri isə o olacaq ki, durğun yerlərdə bataqlıq ərazilər yarana bilər. Balıqlar daha dərin yerlərə gedəcəklər ki, balıqçılar üçün bu, çətinlik yaradacaq”.
Seyranə Quliyeva / Metbuat.az