22 May 2024 11:49
"Xəzər dənizinin suyunun azalması bir çox səbəblərdən asılıdır. Heç kim bu dənizin suyunun azalıb, sonra artması haqqında dəqiq bilmir. Alimlər bunun əsl səbəbini kəşf edə bilməyiblər. Amma görünən səbəblər bunlardır ki, bu dənizə axan çayların suları getdikcə azalır. Buna səbəb su axınının qarşısının alınması, bəndlərin və ya elektrik stansiyalarının tikilməsidir".
Bu sözləri Metbuat.az-a açıqlamasında ekoloq Məhərrəm Mehdiyev deyib. O bildirib ki, Kür çayı Türkiyədən başlayır, Gürcüstana keçir. Azərbaycandan isə Xəzər dənizinə tökülür, ona görə də, həm türklər istifadə edir bu çaydan, həm də gürcülər, bu səbəbdən də, azalma baş verir:
"Dəniz suyunun azalmasının digər səbəbi isə iqlim dəyişiklikləri prosesidir. İllik orta tempraturun qalxır və suyun buxarlanması baş verir. Hazırda Xəzər dənizinin suyunun azalması ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Amma azalma belə sürətlə davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə problem yarada bilər".
Seyranə Quliyeva / Metbuat.az