17 May 2024 18:18
“Rəsmi Parisin Yeni Kaledoniyada baş verənlərə görə qınamalı olduğu bir dövlət varsa, o da özüdür”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib. O bildirib ki, Fransanın yeritdiyi neomüstəmləkəçilik siyasəti, orada reallaşdırdığı assimilyasiya, yerli aborigen xalq olan kanakların haqqını çox qabacasına tapdaması hazırkı vəziyyətə gətirib çıxarıb:
“Yeni Kaledoniyada kanaklar müstəqilliyə heç də Ermənistandan az layiq deyillər. Fransa doğrudan da hayları sərgiləməyə çalışdığı kimi xristian təəssübkeşliyinə dayanaraq dəstəkləyirsə, onda tarixə nəzər salsınlar. Çünki kanaklar əslində həmin haylardan daha əvvəl xristianlığı qəbul ediblər. Bəs nə üçün yerli xalqın təmsilçilərinin 20 faizi səs vermək hüququndan məhrum olunub? Necə olur ki, Yeni Kaledoniyaya son 10 ildə say nisbətini dəyişmək üçün köçürülən fransızlar səs vermək hüququ ilə təmin edilirlər, amma yerli aborigenlər yox?.
Hesab edirəm ki, Azərbaycan oradakı proseslərə verdiyi dəstək Fransanın Qarabağa yanaşmada yeritdiyi siyasətdən fərqli olaraq tam beynəlxalq hüquq normalarına dayanır”.
Gülbəniz Hüseynli / Metbuat.az