METBUAT.AZ

Hadisə

Zaqataladan dönər zəhərlənənlərin 15-i uşaqdır -

8 May 2024 10:27

Xəbər verdiyimiz kimi, Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.

Hadisə ilə bağlı Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildilirib ki, zəhərlənən 34 nəfərdən 15-i azyaşlıdır:

"Mayın 7-də, saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.

Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb. Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.