METBUAT.AZ

Siyasət

14 marşrutun hərəkət sxemi dəyişdirilir

19 İyun 2024 13:07

“28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısındakı ərazidə aparılan təmir işləri ilə əlaqədar Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilir.

Bu barədə Metbuat.az-a AYNA-dan bildirilib.

Dəyişikliyə əsasən, iyunun 20-dən 14 sayda avtobus marşrutunun dayanacaq məntəqələri dörd müxtəlif ərazidə təşkil edilir.


metbuat.az.