METBUAT.AZ

Ölkə

"28 May" metrosunun qarşısı dəyişib belə olacaq -

14 İyun 2024 14:29

Metronun "28 May" stansiyasının qarşısındakı avtomobillərin girişi üçün bağlanan Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılır.

Metbuat.az Oxu.az-a istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin məlumatına görə, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq quruculuq işləri çərçivəsində metronun "28 May" stansiyasının və Dəmiryol vağzalının qarşısındakı meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

"Xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla yanaşı ətraf ərazi də abadlaşdırılacaq".


metbuat.az.