6 İyun 2024 12:34
Xəbər verdiyimiz kimi, Cəlilabadda istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Hadisəsi nəticəsində xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub
Hadisə ilə bağlı Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
"Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb".
Seyranə Quliyeva / Metbuat.az