11 İyun 2024 16:07
Xəbər verdiyimiz kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün tapılıb.
Bəs, hərbi qulluqçuya şəhid statusu veriləcəkmi?
Metbuat.az-ın sorğusuna cavab olaraq, Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirdi ki, həyatını itirən Azərbaycan Ordusunun hərbi qulluqçusuna şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir. Belə bildiriş daxil olarsa şəhid statusu verilə bilər.