16 İyun 2024 16:46
Futbol üzrə Avropa çempionatı Dünya çempionatından 30 il sonra təşkil edilsə də, ideyası daha öncə yaranmışdı. Hələ ilk Dünya çempionatından 3 il öncə - 1927-ci ildə Fransa Futbol Federasiyasının prezidenti Henri Delaunay Cənubi Amerikadan təsirlənərək, Avropanın da özünə aid bir turnirinin olması ideyasını müdafiə edirdi. Bu zaman hələ UEFA yaradılmamışdı.
Metbuat.az bildirir ki, 1954-cü ildə UEFA-nın qurulmasından sonra danimarkalı E. Şvarts prezident, Delaunay isə baş katib olur. Delaunay Avropadakı federasiylarından bir araya gəlməsinə sevinirdi, lakin birgə çempionatın da keçirilməli olduğunu hesab edirdi. Düşünürdü ki, əgər Cənubi Amerikanın futbol çempionatı və Dünya çempionatı varsa, Avropanın da öz çempionatı olmalıdır.
1955-ci ildə Henry Delaunay vəfat edir. Onun yerinə həm Fransa Futbol Federasiyasında, həm də UEFA-da oğlu Pier keçir. O, atasının arzusunu həyata keçirməkdə qərarlı idi.
1956-cı ildə UEFA Lissabon Konqresində seçilən komissiya yeni çempionat üzərində çalışmağa başlayır. Sonrakı il Kölndəki UEFA İcaiyyə Komitəsində isə layihənin adı qoyulur: Avropa çempionatı.
Hələ 1927-ci ildə çempionatın ideyasını verən Delaunay isə unudulmamışdı. Artus Bertrand tərəfindən dizayn edilən kuboka məhz onun adı verilir - Delaunay Kuboku. Kubokun üzərində də məhz onun adı yazılır.
Metbuat.az