METBUAT.AZ

İdman

AFFA Fernandu Santuşun təqdimatını keçirir -

13 İyun 2024 12:29

Bu gün Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi keçirilir.

Metbuat.az xəbər verir ki, təqdimat mərasimində F.Santuşla yanaşı AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev də iştirak edir.

Təqdimat mərasimindən sonra F.Santuş jurnalistlərin suallarını cavablandıracaq.

Xatırladaq ki, portuqaliyalı 69 yaşlı F.Santuş dünən Azərbaycan milli komandasının baş məşqçisi təyin edilib.


metbuat.az.