METBUAT.AZ

Şou

Ağamirzənin qızı ABŞ-də ailə qurdu -

20 İyun 2024 11:53

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də ailə həyatı qurub.

Metbuat.az bildirir ki, o, bununla bağlı "Qonaqcanlı" verilişində deyib. O, övladının bu ilin iyununda Amerikada ailə qurduğunu söyləyib. İfaçı qızının özəl günündə iştirak edə bilməyib:

"Oğlan, Mehdi Amerikada işləyirdi. Qızım da təhsillə bağlı getdi. Həm ziyarət, həm ticarət. Təzə, bu il getmişdi. Onlar bir-birini çoxdan istəyirdilər. Həm təhsil almağa, həm onunla ailə qurmağa getdi. İyunun 8-də toy olub. Biz iştirak edə bilmədik. Qismət, Allah necə yazıb, elə də olmalıdır. El adəti ilə orada toy olub. Elariz (Amerikaya köçən müğənni Elariz Məmmədoğlu - red.) də toyu idarə edib".


metbuat.az.