METBUAT.AZ

Ölkə

“Alatava”nın yayımı dayandırılır?

4 İyun 2024 14:29

“Ölkə üzrə ümumijanrlı yayımçıların proqramındakı maarifləndirici verilişlərin miqdarı arzuolunan qədər deyil”.

Metbuat.az xəbər verir ki, bu sözləri Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov “Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, ümumijanrlı kanalların proqramında maarifləndirici verilişlərin həcmi 10-12 faizdir: “Bu rəqəm bizim üçün heç də arzuolunan deyil. Lakin biz yayımçıların seçiminə müdaxilə edə bilmərik”.

F. Novruzov vurğulayıb ki, bu yaxınlarda İctimai TV-də yayımlanan “Alatava” serialındakı müəyyən məqamlar ilə bağlı yayımçıya tövsiyələr verilib: “Bu kanal ictimai yayımçı olduğu üçün biz onun yayımını dayandıra bilməzdik, lakin tövsiyələr vermişik”.


metbuat.az.