25 İyun 2024 23:32
"Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncama görə Ali Baş Komandana təşəkkür edirəm".
Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyib.
N.Qasımov bildirib ki, bu gün onun ad günüdür, bu xəbər həyatında aldığı ən böyük ad günü hədiyyəsidir: "33 ildə Natiq Qasımovun sağ-salamat gəlməsini istəmişik. Bu illər dövlətimiz tərəfindən çox axtarışlar olub. Təssüf ki, taleyi barədə hələ də məlumatımız yoxdur. Biz həmişə onun özünün taleyi barədə məlumatı əldə edə bilməsək də, ən azı göstədiyi qəhrəmanlığın qiymətləndirilməsini gözləyirdik. Sağ olsun Ali Baş Komandanımız, cənab İlham Əliyev, istəyimizi, arzumuzu həyata keçirdi. Cənab Prezidentə təşəkkür edirəm. Şükür bu günə, Natiq Qasımovun düşmən qarşısında göstərdiyi şücaətinə görə Milli Qəhrəman adı verildi”.
“Xalqıma da təşəkkür edirəm ki, bu gün hər kəs yanımızdadır. Hamı zəng edib təbrik edir. Düzdür, biz onun daha sağ olduğunu düşünmürük. Çünki ermənilərə elə dağ çəkib ki, onu salamat buraxdıqlarını düşünmürəm", - o əlavə edib.