METBUAT.AZ

İdman

Almaniya-Danimarka matçında hakim oyunu dayandırdı -

29 İyun 2024 23:45

Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşündə güclü yağış səbəbindən fasilə yaranıb.

Dortmunddakı "Siqnal İduna Park" stadionundakı matçın 35-ci dəqiqəsində görüşün ingiltərəli baş hakim Maykl Oliver qarşılaşmanı saxlayıb.

Qeyd edək ki, matçda hesab açılmayıb.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Almaniya və Danimarka yığmaları arasında 1/8 final görüşü başlayıb.

Axar.az xəbər verir ki, qarşılaşma Dortmunddakı "Siqnal İduna Park" stadionunda keçirilir.

Qeyd edək ki, görüşü ingiltərəli baş hakim Maykl Oliver idarə edir.


metbuat.az.