METBUAT.AZ

İdman

Ançelotti heyətlə bağlı yekun qərarını verdi

10 İyun 2024 09:42

Kilian Mbappeni və Endriki heyətinə qatan “Real Madrid” ciddi zədə olmayacağı təqdirdə başqa transfer etməyəcək.

Metbuat.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti hazırki heyətin onu qane etdiyini ifadə edib. Bildirilir ki, qolkiper Luninlə müqavilənin müddəti uzadılsa əlavə qapıçı almağa da ehtiyac olmayacaq. Məlumata görə, Militaonun müdafiəyə qayıtması, Alabanın zədəsini sağaltması və Rüdigerin hazır olması ilə “Real” bu mövqeyə transfer düşünmür.Ötən il "Alaves"ə icarəyə verilən Rafa Marin A komandasının heyətində yer alacaq. “Real” uğurlu mövsüm keçirən sol cinah futbolçuları Ferland Mendi və Fran Qarsiya ilə davam edəcək. Sağ cinah müdafiəçisi Dani Karvaxal ən yaxşı mövsümünü keçirib. Lukas Vazkes də formada olduğunu ortaya qoyub. Beləliklə, sağ tərəf toxunulmaz qalacaq. Onsuz da irəli xətti gücləndirməyə ehtiyac yoxdur. Mbappe və Endrik gələcək. Vinisius və Rodriqo da digər hücumçulardır.

Həmçinin heyətdə Brahim Diaz və Arda Gülər var. Joselu əla mövsüm keçirib. Yarımmüdafiədə Toni Kroos gedəndən sonra çoxlu variant var, amma Kroos kimisi yoxdur. Əslində bazarda belə oyunçu da yoxdur. Camavinga, Tşouameni, Valverde, Modriç, Seballos və Bellinghem yarımmüdafiədə oynayacaq futbolçulardır. Arda Güler də lazım gələrsə bu bölgədə oynaya bilər.


metbuat.az.