METBUAT.AZ

İdman

Ançelotti Mbappe ilə bağlı iddialara son qoydu

10 İyun 2024 11:45

“Real Madrid”in yeni transferi Kilian Mbappenin heyətdə dəyişikliklərə səbəb olacağı irəli sürülürdü.

Metbuat.az xəbər verir ki, iddia edilirdi ki, Mbappe Vinisiusun yerinə sol hücumçu kimi çıxış edəcək. Lakin, baş məşqçi Karlo Ançelotti Fransa milli komandasının düşərgəsində olan Mbappeyə zəng edərək başqa planının olduğunu bildirib.

Ançelotti, "Səni bir mövqedə sabit oynamağa məcbur etmək istəmirəm. Digər hücumçularla daim yer dəyişəcəksən. Meydanda çox sərbəst olacaqsan. Bununla belə, sənin də müdafiədə vəzifələrin olacaq” deyə bildirib.

Qeyd edək ki, Kilian Mbappenin gəlişindən sonra onunla eyni mövqedə olan Vinisiusun klubdan gedə biləcəyi irəli sürülürdü.


metbuat.az.