METBUAT.AZ

Ölkə

Araz Əsgərliyə yeni vəzifə verildi

5 İyun 2024 19:25

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli vəzifədən azad edilib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Qeyd edək ki, Araz Əsgərli bir müddət Bakı şəhər DYP İdarəsinin mətbuat katibi vəzifəsini də icra edib.

Məlumata görə, A.Əsgərliyə təhqiqat və istintaq orqanında yeni vəzifə verilib.


metbuat.az.