18 İyun 2024 22:49
Türkiyə millisinin ulduzu Arda Güler Avropa Çempionatı tarixində ilk matçında qol vuran ən gənc futbolçu kimi Kriştianu Ronaldonun rekordunu qırıb.
Metbuat.az Gürcüstanla F qrupu çərçivəsində baş tutan qarşılaşmanın 62-ci dəqiqəsində rəqib qapısına yol tapan Arda 19 yaş 114 günlükdür. Öncəki rekordun qeydə alındığı zaman isə (2004-cü ildə) Ronaldo 19 yaş 128 günlük olub.
Güler həm də Avropa Çempionatı tarixində qol vuran ən gənc türkiyəli futbolçu kimi tarixə düşüb.