30 İyun 2024 12:33
Gəncədə intihar hadisəsi baş verib.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə xəstəxanaların birində qeydə alınıb.
Belə ki, iyunun 30-da Mahir Quliyev müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindəki palatanın pəncərəsindən özünü ataraq intihar edib.
Qeyd edək ki Mahir Quliyev iyun 26 da qeyri rəsmi nikahda yaşadığı qadını qətlə yetirib, bir kişiyə isə bıçaq xəsarəti yetirib. Sonra isə bıçaqla özünə xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.