METBUAT.AZ

Gündəm

“Avrasiyanın Arteriyaları” kitabı təqdim edildi -

7 İyun 2024 13:29

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun "Avrasiyanın Arteriyaları" adlı kitabının ictimaiyyət üçün təqdimat mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, təqdimatda İqtisad Universitetinin rəhbərliyi, millət vəkilləri, müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış politoloqlar, iqtisadçı ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkə rəhbərinin dəhliz strategiyasının bütün kompanentləri ilə ictimaiyyətə təqdim edilməsi baxımından bu kitabın böyük əhəmiyyətindən danışıblar.

Eyni zamanda bildirilib ki, kitabda Ümummilli lider Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan 10-a yaxın nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin qlobal geosiyasətin əsas kompanentinə necə çevrildiyinin detalları kitabın müəllifi tərəfindən incəliklə təqdim edilib.

Həmçinin, çixış edənlər kitabın ciddi əhəmiyyətindən və maarifləndirmə işlərində oynayacağı roldan danışmış, dəhlizlərin texniki-iqtisadi və digər göstəricilərinin dəqiq ifadə edildiyinə görə onun ali məktəblərdə dərs vəsaiti kimi istifadə edilə biləcəyini vurğulayıblar.

Tədbirdə iştirak edən natiqlər 30-dan artıq dəhlizə dair məlumatların, təhlil və proqnozların bir kitabda öz əksini tapmasının nadir hal olduğunu bildiriblər.

Qeyd edək ki, “Avrasiyanın Arteriyaları” kitabında müəllif tərəfindən ABŞ, Rusiya, Çin və digər dünya nəhənglərinin Avrasiyanın dəhlizləri uğurunda apardığı mübarizə və bu mübarizənin yaratdığı münaqişələr, onların təzyiqi ilə məhv edilən və məhvi planlaşdırılan dəhlizlər haqqında, eləcə də onların gələcəyinə dair təhlil və proqnozlar verilib.

Həmçinin Avrasiya materikinin 30-dan çox nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin hər birinin tarixi, marşrutları, texniki-iqtisadi parametrləri və onların gələcəyinə dair geniş təhlillər öz əksini tapıb.
Kitabın region ölkələri və Avropa oxucuları üçün də maraq doğuracağı gözlənilir.


metbuat.az.