METBUAT.AZ

İdman

AVRO-2024-ü bu ölkə qazanacaq -

14 İyun 2024 14:12

“Fərənbaxça”nın baş məşqçisi Joze Mourinyo futbol üzrə Avropa çempionatı barədə proqnoz verib.

Metbuat.az xəbər verir ki, o, AVRO-2024-ün qalibinin Portuqaliya millisinin olacağını irəli sürüb. Mourinyonun proqnozuna görə, finalda Portuqaliya İngiltərə millisi ilə qarşılaşacaq. O, İtaliya, Hollandiya, İspaniya və Almaniya millisinin çempionatda uğur qazana bilməyəcəyini irəli sürüb. Mourinyo çempionatda ən çox qol vuran futbolçunun Herri Keyn olacağını ifadə edib.

Məşqçi, çempionatın ən yaxşı oyunçusu isə Bellinghem olacağını qeyd edib.


metbuat.az.