27 İyun 2024 15:44
Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində işdən ayrılan müəllimlərin yerinə müsabiqədə yüksək nəticə göstərmiş müəllimlər gətiriləcək.
Mətbuat.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə söyləyib. Nazir bildirib ki, Təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatlar müəllim sıxlığı müşahidə olunan müəssisələrdə həmin müəssisənin müəllimləri arasında bölünür və nəticədə müəssisə üzrə orta dərs yükü artır.
Məsumə Məmmədli \ Metbuat.az