METBUAT.AZ

Texnologiya

Azərbaycan Dizayn Sammiti 2024:

9 İyun 2024 23:01

30 iyun tarixində EGP arenada dizaynerlərin möhtəşəm görüşü “Azərbaycan Dizayn Sammiti 2024” baş tutacaq.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək sammit qlobal miqyasda innovasiyaları və mədəni mübadilələri təşviq etmək öhdəliyi daşıyır.

Beynəlxalq səviyyədə tanınan sammit 50 ölkədən sahə üzrə mütəxəssislərin diqqətini cəlb edib. Tədbir iştirakçılara əvəzolunmaz fikirlər və ilham verməyi planlaşdırır. 14 fərqli kateqoriya üzrə ( Brendinq, İnteryer dizayn, Eksteryer, Veb dizayn, reklam dizaynı, logo dizaynı və s.) 750 -dan çox layihəni özündə əks etdirən rəqabətli müsabiqənin qalibləri tədbir zamanı öz işlərini sərgiləyə biləcək. “Azərbaycan Dizayn Sammiti 2024” dizayn dünyasının ən parlaq zehinləri arasında əməkdaşlığı, öyrənməni və mədəni mübadilələri təşviq edən əlamətdar hadisə olacaq və dizaynın gələcəyini qlobal miqyasda formalaşdıracaq.

Peşəkar dizaynerlər - Vüsal Əzizov, İlkin Qurbanov və Elçin Əliyev öz təcrübə sahələrinə uyğun qiymətli məlumatları iştirakçılara təqdim edəcəklər.

Əyləncəli dizayn festivalında sevilən müğənni “Hiss” və “AynaBand” qrupu qonaqları möhtəşəm ifaları ilə sevindirəcək.

Tədbir sonunda başlayacaq “Afterparty” dəDj Maya, Dj Panco, Dj Tim və Dj AYZK - ın yaratdığı əyləncəli, musiqli axşam iştirakçılar üçün unudulmaz olacaq!

Rəsmi sosial media:
Instagram: https://www.instagram.com/azerbaijandesignsummit/
Facebook: https://www.facebook.com/azerbaijandesignsummit
Linkedin: https://az.linkedin.com/company/azerbaijandesignfo...

Bilet al:
https://iticket.az/en/events/seminar/azerbaijan-de...


metbuat.az.