METBUAT.AZ

İqtisadiyyat

Azərbaycan iqtisadiyyatına nə qədər sərmayə qoyulub?

12 İyun 2024 18:23

2024-cü ilin yanvar-may aylarında əsas kapitala 6 milyard 640,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% çox investisiya yönəldilib.

Bu barədə Metbuat.az Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,2%, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,1% artıb. İstifadə olunmuş investisiyanın 3623,3 milyon manatı və ya 54,6%-i məhsul istehsalı sahələrinə, 2379,1 milyon manatı (35,8%-i) xidmət sahələrinə, 638,5 milyon manatı (9,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 5386,9 milyon manatını və ya 81,1%-ni daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 4644 milyon manatı və ya 69,9%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.


metbuat.az.