METBUAT.AZ

Ölkə

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutuldu

13 İyun 2024 21:28

İyunun 12-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda deyilir.


metbuat.az.