METBUAT.AZ

Siyasət

"Azərbaycan üçün İranda kimin prezident seçilməsi əhəmiyyət daşımır" -

10 İyun 2024 17:24

“İranda prezident seçkilərində hansı namizədin qalib gəlməsindən asılı olmaraq Azərbaycanla siyasi münasibətlərə müəyyən dərəcədə təsir edə bilər”.

Bu fikirləri Metbuat.az-a millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, İranda prezidentin hansısa kurs dəyişmə imkanları məhduddur:

“Ola bilsinki həmin seçilən prezidentin münasibətində şəxsi simpatiyası və ya hansısa yumuşaqlıq, sərtlik ola bilər. Amma bütövlükdə prezidentliyə namizədin fərqli bir platformada kurs dəyişməsi mümkün deyil. Azərbaycan üçün İranda kimin prezident seçilməsi elə bir əhəmiyyət daşımır. Çünki orada dini lider adı ilə mövqe tutan şəxsin imkanları və səlahiyyəti genişdir. Bu baxımda bizim üçün belə bir təsiredici gücə sahib deyil”.

Fazil Mustafa qeyd edib ki, mərhum keçmiş prezidentin Azərbaycanla imzaladığı son müqavilələr dövlətin adından imzalandığı üçün, bu öhdəliklərə sahib çıxılması qaçınılmazdır.

“İranda yeni seçiləcək prezidentin ikitərəfli müqavilələrlə bağlı hansısa bir dəyişiklik edəcəyini düşünmürəm”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.