METBUAT.AZ

Sosial

Azərbaycanda əhalinin gəlirləri artıb

14 İyun 2024 10:20

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 31 milyard 899,3 milyon manat təşkil edib.

Metbuat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 4,8 % artaraq 3 130,6 manata çatıb.


metbuat.az.