METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda hasil ediləcək neft və təbii qazın həcmi açıqlanıb

5 İyun 2024 13:29

Bu il Azərbaycanda neft hasilatı təxminən 30 milyon ton, təbii qaz hasilatı isə 48 milyard kubmetr təşkil edəcək.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov bu gün keçirilən Bakı Enerji Forumunun I günündə deyib.

“2023-cü ildə Azərbaycanda neft hasilatı 30 milyon ton təşkil edib. Bunun 25 milyon tonu ixrac edilib. 2024-cü ildə Azərbaycanda neft hasilatı isə ötən ilin səviyyəsində qalacaq”, - K. Abbasov vurğulayıb.

Nazir müavini qeyd edib ki, 2024-cü ildə Azərbaycanda təbii qaz hasilatı 48 milyard kubmetr təşkil edəcək və bu, ötən ilin göstəricilərinə uyğundur.


metbuat.az.