METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6% artıb

15 İyun 2024 11:19

Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6% artaraq 801,8 milyon manat olub.

Metbuat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə ötən ilin yanvar-may ayları ilə müqayisədə 6,9% artaraq 406,0 milyon manat təşkil edib.


metbuat.az.