11 İyun 2024 15:04
Cari ilin yanvar-mart aylarında Azərbaycanda 2,7 milyon tona yaxın neft emal edilib, bu da illik müqayisədə 8% çoxdur.
Bu barədə Metbuat.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, ötən ilin yanvar-may aylarında Azərbaycanda 2,5 mln. ton neft emal olunub. Ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.