21 İyun 2024 16:05
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyasının direktor müavini vəzifəsinə təyinat olub.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə ittifaqın üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev gətirilib.
Ona studiya direktorunun vəzifəsini icra etmək həvalə olunacaq.
Xatırladaq ki, bir müddət əvvəl kinostudiyanın direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.