METBUAT.AZ

İdman

Azərbaycanın U-21 millisi məğlub oldu

7 İyun 2024 23:22

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Metbuat.az-ın məlumatına görə, səfərdə slovakiyalı həmyaşıdları ilə üz-üzə gələn Samir Əliyevin baş məşqçisi olduğu yığma 2:3 hesabı ilə məğlub olub.

Bratislavadakı Senec Məşq Mərkəzində baş tutan matçda yığmamızın qollarını 70-ci dəqiqədə Samir Abdullayev, 89-cu dəqiqədə isə Ağadadaş Salyanski vurub.

Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.


metbuat.az.